İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub
İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.
Yerli vaxtla 05:18-də qeydə alınmış yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.