Ərdoğanla Əhməd əl-Şara arasında görüş keçirilir 

Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şara Türkiyədə səfərdədir.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada, Prezident Kompleksində qonağı qəbul edir.

İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və Şara birgə mətbuat konfransı keçirəcək.