USAID-in bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib
Vacib hesab edilənlər istisna olmaqla, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib.
Bu barədə təşkilatın saytında elan edilib.
İşə davam edəcək əməkdaşlara fevralın 6-dək məlumat veriləcəyi bildirilib. Agentliyin xaricə ezam olunmuş əməkdaşlarına geri qayıtmaq üçün 30 gün vaxt verilib.
Qeyd edək ki, agentliyin saytı bir neçə gündür fəaliyyətini dayandırıb. Hazırda sayta yalnız sözügedən elan yerləşdirilib.//Azərtac