Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 52%-dən aşağı düşüb

Avropanın yeraltı qaz anbarlarında saxladığı qaz ehtiyatları 52 faizdən aşağı səviyyəyə düşüb. Terminallardan boru kəmərlərinə nəql olunan sıxılmış qaz isə fevral ayında rekord həddə çatıb.

Bu barədə “Gas Infstructure Europe” statistik məlumatlar dərc edib.

Avropa İttifaqında isitmə mövsümünün başlanmasından bəri yeraltı qaz anbarlarından 51 milyard kubmetrə yaxın qaz çıxarılıb.

 Fevralın 3-də Avropa İttifaqı ölkələrinin yeraltı anbarlardan yığdığı qazın həcmi 761 milyon kub metr təşkil edib. Qaz ehtiyatlarının yüksək sərfiyyat templərinə baxmayaraq, Avropa hələlik qaz böhranı təhlükəsindən çox uzaqdır. Anbarlarda olan yanacağın ümumi həcmi bütün müşahidələrin aparıldığı dövr ərzində fevral ayının əvvəli üçün dördüncü ən yüksək göstərici olub ( 57,7 milyard kub metrə çatıb).

Ötən mövsüm Avropanın yeraltı qaz anbarlarından qaz yığımı 31 mart 2024-cü ildə başa çatıb və həmin vaxt ehtiyatların 58,44%-i qorunub ki, bu da müşahidə tarixi ərzində rekord göstərici olub.

Hazırda Avropanın saxlancları 51,97% doluluq səviyyəsinə malikdir ki, bu da son beş ilin eyni tarixi üçün orta göstəricidən 7,39 faiz bəndi aşağıdır.//Trend