Azərbaycanda zəlzələ baş verib

Hacıqabul rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

 Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.

Tədqiqat bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:31-də Şirvan stansiyasından 20 km şimalda, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 38 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.