"Koroğlu" metrostansiyası istiqamətində təmirə görə sıxlıq yaranıb

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, “Çermet” körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.