Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 15-i günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq rayonlara qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 18, Qrızda 16, Şahdağda 9, Şahbuzda 7, Daşkəsəndə 3, Qusarda (Ləzə) 2, Xaltan, Yardımlıda 1 santimetr olub.

Qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Sədərək, Daşkəsən, Qobustanda 18 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 15 metr/saniyəyədək güclənib.

 Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Xaltan, Yevlax, Göyçay, Zərdab, Cəfərxan, Lerik, Ağdamda duman müşahidə olunur.

Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 8, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.