İsmayıllı rayonunda zəlzələ qeydə alınıb

Fevralın 19-da İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 15:11-də qeydə alınan zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.