Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi tanıyan fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi tanınması haqqında fərman imzalayıb.
Sənədin mətni şənbə günü Ağ Evin mətbuat xidməti tərəfindən dərc olunub.
"Bu fərman ingilis dilini ABŞ-nin rəsmi dili kimi müəyyən edir", - deyə sənəddə bildirilib.
"İstiqlal Bəyannaməsi və Konstitusiya da daxil olmaqla, tarixi idarəedici sənədlərimiz ingilis dilində yazılmışdır. Buna görə də ingilis dilinin ABŞ-nin rəsmi dili elan edilməsinin vaxtı çatıb", - deyə fərmanın mətnində qeyd edilib. Görülən tədbirlərin ölkə vətəndaşları üçün birliyə və ortaq Amerika mədəniyyətinin formalaşmasına təkan verəcəyi vurğulanıb.
Fərman ilə həmçinin məhdud ingilis dili biliyi olan şəxslərin xidmətlərə çıxışını yaxşılaşdırmaq üçün 2000 sənədi ləğv edilib.