Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb

Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.