DİN: Neft Emalı Zavodunun ərazisində bütün zəruri təhlükəsizlik tədbirləri görülür

Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.