ABŞ Prezidentinin xüsusi nümayəndəsi danışıqlar aparmaq üçün Moskvaya gəlib

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib.
Ötən gün Rusiya Prezidentinin müşaviri Yuri Uşakovla ABŞ administrasiyasının nümayəndəsi Maykl Vals arasında telefon danışığı olub. Rusiya tərəfinin məlumatına görə, söhbət zamanı müəyyən məlumatlar verilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların aparılması faktını təsdiqləyib, təmasların planlaşdırıldığını, lakin təfərrüatların sonra məlum olacağını qeyd edib. “Hadisələri qabaqlamayaq, sizə sonra məlumat verəcəyik”, -deyə o bildirib.
Bundan əlavə, D.Peskov qeyd edib ki, Ciddədə aparılan danışıqlardan sonra müxtəlif kanallar vasitəsilə Rusiyaya məlumat ötürmək niyyəti açıqlanıb. Onun sözlərinə görə, bu proses hazırda icra mərhələsindədir.//Azərtac