Heydər Əliyev və Azərbaycanın mineral sərvətləri

Ağamahmud Səmədov, Geoloq

Xalqımızın böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyevin vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir.

XX əsrin sonlarında Azərbaycan xalqının uzun illər boyu arzusunda olduğu, elə bu böyük şəxsiyyətin öz sözləri ilə desək, Azərbaycan dövlətinin əbədi, dönməz müstəqilliyinə nail olması yolunda gördüyü tarixi xidmətlər gələcək nəsillərə örnəkdir.

BMT-nin keçmiş Baş katibi Butros Qali yazırdı: “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapdığımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm”. Məhz qeyd olunan siyasi fəaliyyətin və uzaqgörənliyin nəticəsidir ki, bu gün Azərbaycan regionda ən çox inkişaf etmiş, lider bir dövlətə çevrilmişdir. Bu gün ölkəmizdə geniş vüsət almış tikinti-quruculuq işləri hər bir vətəndaşımızda və dostlarımızda sonsuz qürur və sevinc hissi doğurur.

Xatırlamaq xoşdur ki, bütün bu quruculuq işlərində istifadə olunan inşaat materialları bütünlükdə yerli xammaldan hazırlanır. Bu heç də hər ölkəyə nəsib olan sərvət deyil.

Ulu öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın təbii ehtiyatlarının, o cümlədən yeraltı sərvətlərinin aşkar olunması və qiymətləndirilməsinə önəm verməsi idi. Ölkəmizin ərazisinin yer təkinin planauyğun və kompleks şəkildə öyrənilməsi, mineral-xammal bazasının inkişafı və genişləndirilməsi işləri ötən əsrin 70-ci illərinin əvvəllərindən daha geniş vüsət almağa başladı.

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gələn zaman Respubilkanın Faydalı Qazıntılarının Dövlət Balansında qeydiyyatda cəmi 65 yataq var idi. Maraqlıdır ki, ulu öndər və onun layiqli davamçısı İlham Əliyev cənablarının mineral-xammal siyasəti sayəsində hazırda dövlət balansında 500-ə yaxın qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları yataqları vardır. Artıq ölkəmizdə kifayət qədər tutarlı mineral-xammal bazası formalaşdırılmışdır.

Bu siyasətin nəticəsidir ki, geoloji öyrənilmə baxımından respublikamızın ərazisi və onun Xəzər dənizinə aid akvatoriyasi dünyanın ən mükəmməl öyrənilmiş ərazilərindəndir.

Dövlət müstəqilliyi qazanılanadək Azərbaycanda dağ-mədən sənayəsi yüksək templə inkişaf etdirilirdi.

Nəhəng ehtiyatlara malik olan Daşkəsən dəmir filizi yatağının, həmçinin Zəylik alunit və Xoşb laq əhəng daşı yataqlarının bazasında Daşkəsən Dağ-mədən Filizsaflaşdırma Fabriki, Gəncə Gil- Torpaq Kombinatı, Sumqayıt Alüminium Zavodu fəaliyyət göstərmişdir.

Naxçıvan Muxtar Respublikasında Parağaçay mis-molibden, Ağdərə və Gümüşlü qurğusun- sink yataqları istismara cəlb olunmuşdur.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli Ağyataq, Şorbulaq və Levçay civə yataqlarının bazasında metallurgiya zavodu fəaliyyət gös- tərmişdi. Azərbaycanın Kiçik Qafqaz kəsimində sənaye əhəmiyyətli Qızılbulaq mis-qızıl, Vejnəli və Qoşa qızıl, Qaradağ və Dəmirli mis-porfir yataqlarının, Naxçıvanda Ağyurd və Pyəzbaşı mis-qızıl yataqlarının sənaye perspektivləri müəyyənləşmişdir. Qeyd etmək yerinə düşər ki, 1969-cü ilədək Azərbaycanda 1 ədəd də olsa qızıl yatağı qeyd olunmamışdı. Hazırda bu nəcib metalın etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və qiymətləndirilmişdir. Böyük Qafqazın cənub yamaclarının Azərbaycan hissəsində, Balakən rayonu ərazisində Avropada ən böyük ehtiyatlara malik Filizçay, orta miqyaslı Kasdağ və Zaqatala rayonundakı Katex kolçedan-polimetal yataqlarında kəşfiyyat işləri başa çatdırılmış və sənaye ehtiyatları hesablanmışdır. Azərbaycan geoloqlarının səyi sayəsində müxtəlif növ qeyri-filiz xammalı və tikinti materiallarının bir çox yataqları, şüşə sənayesi üçün yararlı dolomit və kvars qumları, bentonit gilləri, kaolin, üzlük daşı, mişar daşı, qum-çınqıl qarışığı, tikinti qumları, kərpic, keramzit, aqloporit üçün gil xammal yataqları kəşf olunmuş və sənaye istismarına verilmişdir. Bundan başqa respublikamızın ərazisi üçün ənənəvi olmayan seolit, vermikulit, çini daşı və s. kimi xammal növlərinin yataqları aşkar olunmuşdur. Abşeron yarmadasında, Kür çökəkliyində, Böyük və Kiçik Qafqazın bir sıra sahələrində müalicə əhəmiyyətli mineral və termal su, sənaye əhəmiyyətli yodlu-bromlu su yataqları aşkar olunmuşdur. Yodlu-bromlu su yataqlarının bazasında Bakı və Neftçala yod za- vodları fəaliyyət göstərmişdir. Keçmiş SSRİ ərazisində istehsal olunan yodun 30-35%-i Azərbaycanın payına düşmüşdür.

Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Azərbaycanın zəngin mineral-xammal bazasında kifayət qədər sabit tutumlu dağ-mədən kompleksi yaradıldı.

Lakin, SSRİ-nin süqutu ilə əlaqədar keçmiş so- vet respublikaları arasında yaradılmış iqtisadi əlaqələrin qırılması səbəbindən dağ-mədən sənayesinin fəaliyyəti də dayandırıldı.

Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdan zamandan yeraltı sərvətlərdən səmərəli və xalqın milli maraqları zəmnində istifadə olunmasını zəruri hesab etmiş və bu işə milli və xarici investisiyaların cəlb olunmasını prioritet saymışdı. O ölkənin mineral sərvətlərini Azərbaycanın iqtisadi qüdrətini müəyyən edən ən zəruri amillərdən biri hesab edirdi.

Respublikamızda qızılçıxarma sənayəsinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “RV İnvestment Qroup Services LLC” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Pyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vəcnəli perspek- tivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Fərəhli haldır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi sabitlik və iqtisadi inkişaf kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məharətlə davam etdirir. 2009-cu ilin may ayında Gədəbəy qızıl-mis zavodunun açılışı oldu. Artıq ilk Azərbaycan qızılı dünya birjalarındadır. Yaxın illərdə əlavə bir neçə qızıl emalı zavodları işə düşəcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xid- məti geoloqlarının səyi ilə xeyli miqdarda filiz, qeyri-filiz və yeraltı su yataqları aşkar olunmuş- dur. Daşkəsən rayonu ərazisində aşkar olunmuş orta miqyaslı Çovdar qızıl yatağının kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları müəyyənləşdirilmişdir.

2006-ci il dekabır ayının 30-da Azərbaycan Respublikası hökuməti ilə “Londeks Resorsız S.A.”, “Uill end Meyris S.A.” və “Farqeyt Mayninq Korpereyşn” şirkətləri arasında Azərbaycan Res- publikasında Qaradağ, Çovdar, Göydağ, Dağkə- səmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır.

Ölkəmizin mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Azərbaycan Respublikasının dağ-mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investisiyaları cəlb etməklə yaxın gələcəkdə dağ-mədən sənaye məhsulları və xammalının dünya bazarına inteqrasiya olunmasına geniş imkanlar yaradır. Hazırda Azərbaycanın mövcud imkanları onu yüksək dərəcədə inkişaf etmiş dağ-mədən sənayesinə malik olan bir respublikaya çevirməyə qadirdir. Ulu öndər Heydər Əliyevin başladığı möhtəşəm quruculuq işlərini məharətlə davam etdirən ölkə rəhbərliyi bu yolda böyük işlər görür. Bu il aprel ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Azərbaycanda Polad İstehsalı Kompleksinin ya- radılması barədə sərəncamı buna bariz misaldır. Sərəncamda yeni yaradılmış quruma Gəncə şəhəri və Daşkəsən rayonunun ərazilərində dəmir filizlərinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirməsi, tikintisi və idarə olunması kimi Azərbaycan üçün çox vacib bir tapşırıq həvalə olunur.

Əgər günbəgün qloballaşan dünyamızın iqtisadiyyatına nəzər salsaq burada dağ-mədən sənayesinin sıçrayışla inkişaf etdiyini görərik. Bu sahədə 2005-ci ildə qlobal iqtisadiyyatın 24-cü yerində bərqərar olmuşdusa, hazırda şirkətlərin invetisiya qoyulmasına görə bu sahə artıq 5-ci yerə yüksəlib. 2010-cu ildə dünyada polad istehsalı rekord həddə 1410 mln tona çatıb. Bunun 626,6 mln tonunu təkcə Çin Xalq Respublikası, 522,4 mln tonunu dünyanın bu sahədə aparıcı 9 ölkəsi (Yaponiya, ABŞ, Rusiya, Hindistan, Cənubi Koreya, Almanya, Ukrayna, Braziliya və Türkiyə), qalan 251 mln tonunu isə dünyanın digər ölkələri istehsal etmişdir.

Hesab edirik ki, ölkəmizin Prezidenti cənab İl- ham Əliyevin adı çəkilən sərəncamı yeni texnologiyalar tətbiq etməklə Azərbaycanda dağ-mədən sənayesinin inkişafı üçün böyük stimul verəcəkdir. Müasir dünyada dağ-mədən sənayesinin inkişafı, bilavasitə infrastrukturun lazımi səviyyədə qurulması ilə bağlıdır. Həyat göstərir ki, uzunmüddətli iqtisadi inkişaf üçün həm istehsalat sahəsinin, həm də sosial sferanın inkişafına iri investisiyaların qoyulması olduqca vacibdir. Çin Xalq Respublikası sənayesinin sıçrayışla irəliləməsinin səbəblərindən biri də infrastrukturanın inkişafına onun ümumilli məhsulunun 8-10%-ə qədər invetsisiya qoymasıdır.

Hesab edirik ki, Azərbaycanda metallurgiyanın, bütövlükdə dağ-mədən sənayesinin sürətli inki- şafı davamlı və stabil olacaq və onu tək enerji daşıyıcısı kimi yox, həm də hərtərəfli inkişaf et- miş modern bir ölkə kimi tanıtdıracaqdır. Çünki, bunun banisi Azərbaycan xalqının Ümumilli Lideri, ulu öndər Heydər Əliyev idi. ABŞ-ın keçmiş Prezidenti Corc Buş belə demişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.