Zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb

Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.

Bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb. Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.