Zelenski Romada Makronla görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransa lideri Emmanuel Makronla müzakirələr aparıb.
Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Volodimir Zelenski və Emmanuel Makron təkbətək görüşürlər. Onlar gələcək sülh səylərini müzakirə edirlər", - paylaşımda qeyd edilib.