Kütahya şəhərində ard-arda zəlzələlər baş verib
 
                        Türkiyənin qərbində yerləşən Kütahya şəhərində ard-arda zəlzələlər baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, ilk zəlzələ bu gecə yerli vaxtla 02.45, növbəti isə bir neçə saatdan sonra 07:21-də baş verib və hər iki yeraltı təkan 3.9 bal gücündə olub.
 
			
					 
                                 
                                 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                     
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                

 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    