Hücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70 faizi sıradan çıxıb

Pakistan Hindistanın açıq təcavüzünə cavab vermək üçün “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb.

Bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat yayıb. Bildirilib ki, Pakistan Hindistanın "BrahMos" raket anbarını və ölkənin artilleriyasının Dehrangyaridəki mövqeyini məhv edib. Udhampur aviabazası və Pathankot aerodromu bombalanıb.

Kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70 faizi sıradan çıxıb.