Məhdudiyyət tikinti işləri bitənə qədər qüvvədə olacaq

Mayın 17-də, saat 00:00-dan Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.
Yerveinsan.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumatına görə, məhdudiyyət tikinti işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.