Pakistanın Baş naziri Türkiyədə səfərdədir

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə səfər edib.

 Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş nazirini qəbul edib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun səfərlə bağlı açıqlama verib.

Bildirilib ki, Türkiyə Prezidenti Administrasiyasının İstanbulda yerləşən Dolmabahçe İş Ofisində baş tutan görüşdə iki ölkə arasında qarşılıqlı münasibətlər müxtəlif aspektləri ilə müzakirə olunacaq. Danışıq zamanı iki ölkə arasında təsis edilmiş Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək. Şuranın sonuncu iclası Türkiyə Prezidentinin bu ilin fevral ayında İslamabada səfəri çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, terrorla mübarizə də daxil olmaqla regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.//Azərtac