Azərbaycan XİN: İsrail ilə İran arasında atəşkəs elan edilməsini alqışlayırıq

İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.
Bildirilib ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
“Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir, daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır. Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə XİN-in açıqlamasında vurğulanıb.