Bir sıra ərazilərdə leysan xarakterli yağış yağıb

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkənin bir sıra ərazilərində - Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 millimetrədək qeydə alınıb.
Ölkənin bir sıra ərazilərində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti saniyədə Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında isə 20 metrədək güclənib.