“Milli Qəhrəmanlarımız” layihəsi davam edir  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında silsilə videoçarxlar hazırlanır.

Növbəti 6-cı videoçarx Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır. Videoçarxda Milli Qəhrəmanlar İmamverdi Əliyevin, Eldar Ağayevin, Vahid Quliyevin, Əmiraslan Əliyevin, Çingiz Mustafayevin, Elşad Hüseynovun, Eldar Məcidovun gənclərə örnək şərəfli ömür yolu, göstərdikləri qəhrəmanlıqlar, təltifləri və xatirələri haqqında məlumatlar verilir.

Videoçarxdakı Milli Qəhrəmanlardan altı nəfər Birinci Qarabağ müharibəsində, 1 nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərmişdilər.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur: