Dünya bazarında qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 9,8 dollar artaraq 3 879,5 dollar təşkil edib.

Gümüş isə 0,73 dollar artaraq 47,1 dollara bərabər olub.