Türkiyə Pakistan və Əfqanıstan arasında aparılan danışıqlarda iştirak edir

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılmasına dair danışıqlarda fəal iştirak edib.
Pakistan və Əfqanıstan dövlət sərhədi bölgəsində atəşkəsin uzunmüddətli təmin olunmasına dair Dohada keçirilən danışıqlara Türkiyə və Qətər nümayəndələri, münaqişə tərəflərinin kəşfiyyat xidmətlərinin rəhbərləri və müdafiə nazirləri qatılıblar.
Müzakirələr 14 saat davam edib. Nəticədə yaxın günlərdə İstanbulda gələcək sazişlərin texniki detallarını razılaşdıracaq İşçi qrupunun ilk iclasının keçirilməsi barədə qərar qəbul olunub.
Müzakirələrin məqsədi rəami Kabil və İslamabad arasında, xüsusən də, sərhəd təhlükəsizliyi sahəsində fikir ayrılıqlarının uzunmüddətli tənzimlənməsi, terrorizm və qanunsuz miqrasiya problemlərinin aradan qaldırılmasıdır.//Azərtac