Yanğında ölənlərin kimliyi məlum olub
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirən şəxslərin kimliyi məlum olub.
Yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.
Məlumata görə, yanğın zamanı ölən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı Bakı Milli Geyim Evinin rəhbəri imiş.
Emil Quliyev isə Hacıqabul rayonunun Axtaçı-Şirvan kəndindəndir. Bir müddət öncə hərbi xidmətini başa vuran Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib, Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranına ofisiant kimi işə düzəlibmiş.

