Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə məlumat Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti ilə bağlı xəbərdarlığında əks olunub.

 Məlumata əsasən, Azərbaycanın rayonlarında Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.