ABŞ Karib hövzəsinə qoşun və əlavə təyyarələr göndərib
Bu həftə ABŞ Karib hövzəsinə xüsusi təyinatlı aviasiya, qoşunlar və texnikadan ibarət böyük həcmdə qüvvə köçürüb. Bu barədə The Wall Street Journal (WSJ) Amerika rəsmilərinə istinadən xəbər verir.
Nəşrin qeyd etdiyinə görə, bu addımlar Vaşinqtona Venesuelada hərbi əməliyyatlar aparmaq üçün əlavə imkanlar yaradır.

