50 dərəcə şaxtalar barədə xəbərdarlıq

Yakutiyada 50 dərəcəlik şaxtaların gözlənildiyi bildirilir. Bu barədə “İnterfaks” agentliyinə müsahibəsində Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand xəbərdarlıq edib.

Sinoptikin proqnozlarına görə, Saxa Respublikasında minimal temperatur mənfi 55 dərəcəyə çata bilər. Son dərəcə soyuq hava digər Uzaq Şərq bölgələrinin sakinlərini də gözləyir. Amur vilayətində temperaturun mənfi 38–44 dərəcə arasında olacağı, Buryatiyada isə mənfi 40–42 dərəcə təşkil edəcəyi bildirilir. Xabarovsk diyarında temperatur mənfi 41–46 dərəcəyədək enəcək, Maqadan vilayətində isə mənfi 46–48 dərəcə olacaq.

Temperatur normadan aşağı Sibir bölgələrində də düşə bilər: şimalda mənfi 51 dərəcəyədək, cənub-qərbdə isə mənfi 46 dərəcəyədək. Vilfand 40 dərəcəlik şaxtaların ölkənin şimal-qərbində və Volqa bölgəsində də olacağını proqnozlaşdırır.