Zelenski: 20 maddəlik sülh planımız var və bunun 90 faizi üzrə razılıq əldə olunub

Səmərəli görüş keçirdiklərini deyən Zelenski ABŞ və Ukrayna komandaları arasında qeydə alınan irəliləyişdən məmnun olduğunu ifadə edib.

Zelenski bildirib:
“20 maddəlik sülh planımız var və bunun 90 faizi üzrə razılıq əldə olunub. ABŞ və Ukrayna arasında təhlükəsizlik zəmanətləri 100 faiz qəbul edilib. ABŞ, Avropa və Ukraynanın təhlükəsizlik zəmanətləri isə demək olar ki, tam razılaşdırılıb...”

Daimi sülhün təmin olunmasında təhlükəsizlik zəmanətlərinin “əsas açar nöqtə” olduğunu vurğulayan Zelenski Avropa liderləri ilə telefon danışığının “səmərəli” keçdiyini qeyd edib və əlavə edib:
“Yaxın həftələrdə komandalarımızın müzakirə olunan bütün mövzuları yekunlaşdırmaq üçün bir araya gəlməsi barədə razılığa gəldik. Həmçinin Prezident Trampla yanvar ayında, ehtimal ki, Vaşinqtonda Avropa liderlərinin və Ukrayna nümayəndə heyətinin iştirakı ilə keçiriləcək bir görüşə ev sahibliyi etməsi barədə də razılıq əldə etdik.”//https://www.aa.com.tr/