Göyçayda zəncirvarı qəza olub, iki “KamAZ” aşıb

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.


Bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində "KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı "VAZ 21011” markalı minik avtomobili toqquşub.


Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb.


Faktla bağlı araşdırma aparılır. (APA)