Çindən ABŞ-yə çağırış: Maduro və həyat yoldaşı dərhal azad edilsin

Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, ABŞ-nin Maduro və onun həyat yoldaşını güc tətbiq edərək ölkədən qaçırmasından dərin narahatlıq duyulduğu bildirilib.

Türkiyə mətbuatı xəbər verir ki, açıqlamada ABŞ-nin bu hərəkətinin beynəlxalq hüququn, beynəlxalq münasibətlərin əsas normalarının və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulması olduğu vurğulanıb və belə deyilib:

“ABŞ-ni Dövlət Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətini devirmə cəhdlərinə son qoymağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırırıq.”

Nazirlik dünən yaydığı başqa bir açıqlamada da ABŞ-nin suveren bir ölkəyə və onun dövlət başçısına qarşı güc tətbiq etməsini qınadığını bildirmişdi.