Stiven Miller-  Danimarkanın Qrenlandiya üzərində nəzarətinin hüquqi əsasları şübhəlidir

ABŞ administrasiyası rəhbərinin müavini Stiven Miller Danimarkanın Qrenlandiya üzərində nəzarətinin hüquqi əsaslarının şübhəli olduğunu bildirib. O, bunu CNN-ə verdiyi müsahibədə deyib.

Miller Danimarkanın Qrenlandiya üzərində nəzarətinin qanuniliyini sual altına alaraq, Kopenhagenin bu hüququ hansı əsasla əldə etdiyini düşündüyünü bildirib.

“Qrenlandiyanın Danimarkanın koloniyası olması nəyə əsaslanır? ABŞ Arktika regionunun təhlükəsizliyini təmin etmək, NATO-nun maraqlarını qorumaq istəyirsə, aydındır ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır”, — deyə o vurğulayıb.

Bundan əvvəl Qrenlandiya hökumətinin sədri Yens-Frederik Nilsen Qrenlandiyanın ABŞ-la dialoqa açıq olduğunu bəyan edib. O qeyd edib ki, iki ölkə arasında qarşılıqlı əlaqələr hörmət çərçivəsində və ilhaq təhdidləri olmadan həyata keçirilməlidir.