"Mançester Yunayted"in "Real"dan istədiyi fantastik məbləğ

"Real" Paul Poqba üçün "Mançester Yunayted"ə etdiyi təklif açıqlanıb.


"The Times" xəbər verir ki, "Kral Klubu" yarımmüdafiəçi üçün 27.4 milyon funt-sterlinq (təxminən 30 milyon avro) və Xames Rodrigesi təklif edib. Lakin "Mançester Yunayted" təklifi rədd ediblər. İngilislər ulduz futbolçunu 150 milyon funt-sterlinqdən (təxminən 163 milyon avro) aşağı qiymətə satmaq niyyətində deyil.


Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 35 matçda iştirak edən Pol Poqba 13 qol, 9 assistlə yadda qalıb.