Quterreş dövlətləri nüvə sınağı qadağasına dair müqaviləni təcili imzalamağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş bütün dövlətləri təxirəsalınmaz nüvə sınaqlarının hərtərəfli qaydada qadağısına dair razılaşmanı imzalamağa və təsdiqləməyə çağırıb.

APA xəbər verir ki, Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (HNSQM) 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş, lakin bir sıra ölkələr, o cümlədən ABŞ tərəfindən imzalanmadığı və ya təsdiq edilmədiyi üçün qüvvəyə minməmişdi.

Rusiya, İngiltərə və Fransa da daxil olmaqla, bütün Avropa ölkələri bu razılaşmanı ratifikasiya edib. 2013-cü ildə ABŞ-ın o zamankı prezidenti Barak Obama 2016-cı ilə qədər müqavilənin ABŞ-da ratifikasiya edilməsini istədiklərini açıqlasa da, bu, baş verməyib.

 
“Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan 44 dövlətdən səkkizi hələ təsdiq etməyib. Bu fürsətdən istifadə etmək istəyirəm və bir daha bütün dövlətləri HNSQM-i təxirə salmadan imzalamağa və təsdiqləməyə, digər səkkiz dövləti də təcili olaraq buna qoşulmağa çağırıram”, - deyə Quterreş Nüvə sınaqlarına qarşı mübarizənin Beynəlxalq Gününə dəstək üçün BMT-də keçirilən plenar iclasda bildirib.