Bakıda və Abşeronda qış yarmarkaları təşkil olunacaq

Bakı və Abşeronda bayramla əlaqədar yarmarkalar təşkil ediləcək.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, qış yarmarkaları Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil ediləcək: “Azərbaycanlıların Dünya Həmrəyliyi və Yeni İl bayramı ilə əlaqədar dekabrın 21-dən ongünlük qış yarmarkası təşkil ediləcək. Həmin yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub”.