Brexit müqaviləsi Böyük Britaniya parlamentində səsverməyə çıxarılacaq

Bu gün Böyük Britaniya parlamentinin İcmalar Palatasında Brexit müqaviləsi səsverməyə çıxarılacaq. Bundan başqa, Brexitdən sonrakı keçid dövrü müzakirə olunacaq.


Səsverməyə qoyulan müqavilənin Mühafizəkarların çoxluğu ilə qəbul ediləcəyi gözlənilir.


Qeyd edək ki, dəfələrlə səsverməyə çıxarılan Brexit müqaviləsi qəbul olunmadığı üçün dekabrın 12-də parlamentdə növbədənkənar seçkilər keçirilib.