Tramp rəsmi olaraq ABŞ Kosmik Qüvvələrinin yaradıldığını elan edib

Amerika Birləşmiş Ştatlarında Kosmik Hərbi Qüvvələri yaradıldı.

RİA “Novosti” xəbər verir ki, belə bir bəyanatla ABŞ Prezidenti Donald Tramp ölkənin hərbi büdcəsinin imzalanma mərasimi zamanı çıxış edib.

“Bu gün biz rəsmi surətdə Silahlı Qüvvələrimizin Kosmik Qüvvələr adlanan yeni bir qolunu təqdim edirik”,- deyə Tramp bildirib.

 
O, həmçinin əlavə edib ki, Kosmik Qüvvələrə Hərbi hava Qüvvələrinin generalı Con Raymond rəhbərlik edəcək. 

ABŞ Prezidenti Donald Trampın 2020-ci ilin müdafiə büdcəsinin imzalanması mərasimində Kosmik Qüvvələrin yaradılacağını rəsmən elan edəcəyini bir müddət öncə Pentaqon rəhbəri Mark Esper jurnalistlərə bildirmişdi.

Məlumdur ki, cari büdcə çərçivəsində Kosmik Qüvvələrə 40 milyon dollar vəsait ayrılacaq.  Əvvəlcə onlar 200 nəfərdən ibarət olacaq.