Tramp demokratları ittiham etdi
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, demokratlar impiçment prosesini uzatmaqla Konstitusiyanın tələblərini pozurlar.
O bu barədə Floridada tələbələr qarşısında çıxış edərkən bildirib.
Tramp həmçinin demokratların hərəkətlərini kloun tamaşasına bənzədib. O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışığında heç bir cinayət olmayıb və bütün dünya buna şahidlik edib.
Tramp “Konstitusiyanın tələblərinin pozulması” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu isə dəqiqləşdirməyib.