Moskva meri: Koronavirusla bağlı ciddi sınaqlara hazır olmalıyıq

Moskva koronavirusla bağlı ciddi sınaqlara hazır olmalıdır.

Bu fikri jurnalistlərə müsahibəsində Rusiya paytaxtının meri Sergey Sobyanin söyləyib.

O deyib ki, Moskvanı koronavirusla bağlı ciddi sınaqlar gözləyir və buna hazır olmaq lazımdır. Moskva meri vurğulayıb ki, şəhərdə koronavirusa yoluxma pik həddə çatmayıb.