Ermənistanda daha 544 nəfərdə koronavirus tapıldı - 9 xəstə öldü

İyunun 17-nə olan məlumata görə, Ermənistanda 544 yeni koronavirus infeksiyası hadisəsi baş verib.

Bu haqda məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, yoluxanların ümumi sayı 18033-ə çatıb.

Son 24 saat ərzində 243 nəfər sağalıb, 10818 xəstə aktual müalicə alır.

9 nəfər ölüb. Bu rəqəm 302-yə çatıb. Digər səbəblərdən ölənlərin sayı 99-dur.

Ölkədə 87600 test edilib.