“Qarabağ” klubu “Sileks”i darmadağın edib

Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyunu başa çatıb.

Görüşün 80-ci dəqiqəsində “Qarabağ” hesabı 4:0-a çatdırıb. 

Beləliklə, “Qarabağ” rəqibini darmadağın edərək UEFA Çempionlar Liqasının II seçmə mərhələsinə vəsiqəsini təmin edib.

Qeyd edək ki, “Qarabağ” növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.