İşğaldan azad olunacaq ərazilərimiz qeyri neft sektorunun inkişafına müsbət təsir göstərəcəkdir

 

Azərbaycan Respublikasının ərazisi özünəməxsus geoloji quruluşuna, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına malik olması ilə seçilir. Məhz bunun nəticəsidirki, Azərbaycan həmişə xarici ölkələrin maraq dairəsində olmuşdur. Ermənistanın torpaqlarımızı işğal etməsinin səbəblərindən biridə işğal olunan ərazilərimizin faydalı qazıntı yataqları ilə zəngin olması idi. Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilmişdir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır.

İşğal olunmuş ərazilərimizin faydalı qazıntıları işğalçı ermənistan tərfindən xarici şirkətlərin cəlb edilməsi nəticəsində 30-ilə yaxındırki kütləvi formada talan olunmaqdadır. Əra­zi­lə­rimiz­də­ki tə­bi­i mineral-xam­mal ehtiyatla­rı­nı rəs­mi ta­la­n edən bu şirkətlər da­ha çox ABŞ, Ru­si­ya, Ka­na­da, İsveçrə, Bö­yük Bri­ta­ni­ya, Fransa, Alma­ni­ya, İspa­ni­ya, Hol­lan­di­ya və di­gər döv­lət­lər­ə məxsusdur. Bu ərazilərimizdə yerləşən yataqlar mənşəyinə görə müxtəlif formalıdırlar və bunun nəticəsidiriki, yataqların zəngin olan ayrı-ayrı hissələrinin istismar edilməsi yataqları yararsız hala gətirib çıxarmaqdadır. Faydalı qazıntı yataqlarının kütləvi şəkildə talan edilməsi həmin ərazilərin ekoloji qurluşuna mənfi təsirlərini göstərməkdədir.

İşğal olunmuş ərazilərimizdə həmçinin müalicə əhəmiyyəti müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral suları qeyd etmək olar.  Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna görə xüsusilə fərqlənir. Onun suları ilə müxtəlif xəstəlikləri müalicə etmək mümkündür.  Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif xəstəliklər müalicə olunur. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının təxminən 40%-ə qədəri işğal altında olan rayonların payına düşür.

Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən və uğurlu siyasətin nəticəsində 27 sentyabrdan işğalçı düşmənə qarşı uğurlu əks hücüm əməliyyatları keçirilməkdədir. Bu uğurlu əməliyyatlar nəticəsində ərazilərimiz işğaldan azad olunmaqdadır. Həm məcburi köçkün kimi həmdə geoloq kimi bu məni çox qürurlandırır. İşğaldan azad olunacaq ərazilərimiz Azərbaycanın dahada inkişaf etməsində, iqtisadiyyatımızın güclənməsində, içməli su ehtiyatlarımızın artmasında mühüm rol oynayacaqdır. Faydalı qazıntı yataqlarımızın istismarı yeni-yeni iş yerlərinin açılmasına, qeyri neft sektorunun inkişafına müsbət təsir göstərəcəkdir.

Elnur İbiş oğlu Səfərov

Geofizika və Geologiya İdarəsi, Geoloq