Dünyada son 24 saatda koronavirusa 320 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 327 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.

Məlumata əsasən, ötən sutka ərzində 327 255 nəfər yeni koronavirusa yoluxub, 6 668 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 119 960 700, ölənlərin isə 2 656 822 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.