Ağır atletlərimiz Dünya kubokunda 2 qızıl medal qazanıblar

Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvləri qızıl medal qazanıblar.

Yerveinsan.az-ın Milli Paralimpiya Komitəsinə istinadən veridyi məlumata görə, 107 kq çəki dərəcəsində iştirak edən Elşən Hüseynov 227 kq, +107 kq çəki dərəcəsində iştirak edən Şamo Aslanov 222 kq nəticə göstərərək yarışın qızıl medalına sahib oldular.

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya oyunlarında iştirak üçün reytinq xalları qazandırır.