Türkiyə cənub sərhədində 30 kilometrlik təhlükəsizlik zonası yaradır - Ərdoğan

Türkiyə cənub sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılması üzrə işləri tamamlamaq üçün addımlar atacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində deyib.

"Türkiyə üçün təhlükə yaradan terror təşkilatlarına hər cür dəstək verməklə onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəkməlidirlər. Cənub sərhədlərimiz boyunca 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün işimizin çatışmayan hissələri üzərində işləyirik", - deyə R.T.Ərdoğan bildirib.//Trend