Berlində erməninin avtomobili kütlənin üstünə sürməsi terror aktı təsəvvürü yaradır

Polis Berlində insanların üzərinə sürülən avtomobildə cinayətin törədilməsi planlarını təsdiqləyən məktub tapıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu dəlillər indi diqqətlə öyrənilir.

“Bild” qəzetində istintaqa istinadən əlavə ediblər ki, insident bədbəxt hadisə olmayıb. Görünür, erməni terrorizmi Avropa səhnəsinə qayıdır.