Tokayev Rusiya ordenindən imtina etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna səfəri çərçivəsində Rusiyanın Aleksandr Nevski ordenindən imtina edib.

Bildirilib ki, Rusiya tərəfi Tokayevi adıçəkilən ordenlə təltif etməyi təklif edib və rədd cavabı alıb.

Qeyd edilib ki, Tokayev prezidentlik səlahiyyətləri bitənə qədər xarici mükafatları qəbul etməmək qərarına gəlib.

Tokayevin mətbuat katibi bu məlumatı təsdiqləyib.

Xatırladaq ki, Aleksandr Nevski ordeni 1942-ci ildə təsis edilib və Rusiya ilə əməkdaşlığın inkişafındakı xidmətlərə görə əcnəbi şəxslərə verilir.

Mənbə: rbc.ua