Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb.

 TASS agentliyi xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.

Qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.