Serbiyada miqrantlar arasında silahlı qarşıdurma olub

Serbiya-Macarıstan sərhədində iki miqrant qrupu arasında silahlı qarşıdurma baş verib.

Serbiya Dövlət Televiziyasının məlumatına görə, ölkənin şimalından Avropanın digər ölkələrinə keçmək istəyən iki mühacir qrupu arasında silahlı qarşıdurma olub. Silahlı qarşıdurma zamanı bir miqrant ölüb, 7 mühacir yaralanıb.

İnsidentin Əfqanıstan və Pakistandan olan qaçaqmalçılarla mühacirlər arasında baş verdiyi bildirilib. (AZƏRTAC)