Türkiyə Prezidenti Ukraynaya səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfərə gedib.

Türkiyə Prezidentini geniştərkibli nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində iki ölkə liderlərinin görüşlərində strateji tərəfdaşlıq çərçivəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.

Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.